Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Xidməti 3 helikopteri hərraca çıxarır - Fotolar

27 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca hava nəqliyyat vasitələri çıxarılacaq.

Press.az xəbər verir ki, Dövlət Xidməti tərəfindən həmin hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq.

Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.

Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.

Hərraca çıxarılan helikopterlərin siyahısı, fotoları ilə burada ətraflı tanış ola bilərsiniz: (https://bit.ly/3H9Qhke).

Oxşar xəbərlər
OTACI