Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin məşhur aktrisası bu gün son mənzilə yola salındı - VİDA MƏRASİMİNDƏN VİDEO

27 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türk kinosunun ən önəmli adlarından olan Fatma Girik 24.01.2022-ci ildə səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Press.az xəbər verir ki,  bu yaxınlarda omba və beyin əməliyyatı keçirən Girik uzun müddət idi ki, səhhətində problemlər yaşayırdı.

Fatma Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub.  Cağaloğlu Qız Liseyini bitirdikdən sonra aktyorluq karyerasına başlayıb.1957-ci ildə Seyfi Havaerinin rejissoru olduğu “Leke” filmində aktrisanın ilk baş rolu olub. Aktrisa 180-dən çox filmdə rol alıb. 

Daha sonra siyasətlə məşğul olan aktrisa 1989-1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı seçilib. Siyasətdən və aktyorluqdan başqa bir müddət “Söz Fato” adlı televiziya proqramında da aparıcılıq edib.

Xəstəxanadan verilən məlumata görə, Fatma Girik koronavirusa görə pnevmoniyadan müalicə olunurdu. O, çoxlu orqan çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Oxşar xəbərlər
OTACI