Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabiq deputat Elton Məmmədov böhtan atmaqda ittiham olundu

27 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilməsi barədə xəbər vermişdik.

Onun haqda kim tərəfindən şikayət edildiyi bəlli olub. Elton Məmmmədov barəsində xüsusi ittiham qaydasında şikayət verən şəxs Vəkillər Kollegiyasının üzvü Kamal Əliyevdir.

Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri olmuş Elton Məmmədov haqda Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət işinin başlanılması istənilir.

Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Günel Səmədova sədrlik edəcək. Məhkəmənin hazırlıq iclası fevralın 2-nə təyin olunub. /qafqazinfo.az/

Oxşar xəbərlər
OTACI