Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vəfat edən kimi qeydiyyata alınaraq pensiyası kəsilən şəxs haqqında açıqlama - RƏSMİ

26 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bəzi sosial şəbəkə səhifələri və KİV-də Ağcabədi rayon sakini Əliyeva Hamayıl Məmiş qızının vəfat etmiş şəxs kimi qeydiyyata alınaraq pensiyasının dayandırılması barədə yayılan məlumatla əlaqədar bildiririk ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir”.

Press.az xəbər verir ki, bu sözlər Dövlət Sosial Müdafiə Fondunun yaydığı açıqlamada qeyd edilib.

Açıqlama həmçinin bildirilir ki, pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir.

Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb. Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib. Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək.

Oxşar xəbərlər
OTACI