Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclisdə pensiyalarla bağlı müzakirələr aparılacaq

26 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

 Bu barədə komitənin bu gün keçirilən iclasında sədr Musa Quliyev məlumat verib.

Sözügedən iclasda qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, eyni zamanda pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər./qafqazinfo.az/

 


Oxşar xəbərlər
OTACI