Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov: "Qarşıdakı oyunlarda dəyişiklik ola bilər"

26 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalibiyyət olmamasına baxmayaraq, təlim-məşq toplanışından çox razı qaldım".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbvanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunu barədə açıqlamasında deyib:

"İnanıram ki, burada texniki cəhətdən gördüyümüz səhvləri oyunlarda azaldacağıq. Futbolçuların hər birindən razı qaldım. Hamısı çox istəkli idi və əsas heyət üçün sonadək mübarizə apardılar. Bu gün iki heyət mübarizə apardı. İkinci hissədə meydana çıxan futbolçular xoş təəssürat oyatdılar. Bəzilərinin daha yaxşı olduğunu gördüm. Bu mənada, qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Çünki futbolçular məni buna məcbur edirlər. Düşünürəm ki, matçlarda xeyli rotasiyalar edə biləcəyik. Futbolçularıma təşəkkür edirəm. Bakıya döndükdən sonra daha yaxşı formada olacağıq".

Qeyd edək ki, "Qarabağ" Antalyada 4 yoxlama oyunu keçirib. Ağdam təmsilçisi ilk matçda Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə, ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşmada da qol vurulmayıb./milli.az/

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI