Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bayden: Rusiya hücum etsə, dünya dəyişəcək

26 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya mümkün hücumunda Vladimir Putinə qarşı şəxsən sanksiyaların tətbiq ediləcəyini istisna etməyib.

 Bu barədə Ağ Ev rəhbəri jurnalistlərin sualına cavabında deyib.

"Rusiya Ukraynaya hücum etsə, Putin bütün dünyada ciddi nəticələrlə üzləşəcək. Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük işğal olacaq. Bu, dünyanı dəyişdirəcək", - deyə Bayden bildirib.

Bayden Ukraynaya ABŞ, yaxud NATO qoşunlarını yerləşdirmək niyyətində olmadığını, lakin regionda situasiyanı diqqətlə izlədiyini söyləyib. /ölkə.az/

Oxşar xəbərlər
OTACI