Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Omikrondan da yoluxucu mutasiya yarana bilər

25 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkxove xəbərdarlıq edib ki, dünyada "omikron"dan daha yoluxucu olacaq yeni bir koronavirus ştamı yarana bilər. Onun fikrincə, virusun yeni variantı nə qədər çox dövr edirsə, bir o qədər də dəyişikliklərə məruz qalır.

Press.az Medicina.az-a istinadən xəbər verir ki, Kerkxove yeni ştamların daha yoluxucu olacağını söyləyib, çünki onlar hazırda yayılan variantlarla rəqabət aparmalıdır. Eyni zamanda mütəxəssis "delta" variantı ilə müqayisədə xəstəliyin daha yüngül gedişatına görə omikronu COVID-19-un zəif ştammı hesab etməməyə çağırıb.

Yanvarın 21-də məlum olub ki, dünyada gündə 3 milyon 777 min 104 nəfərdə COVID-19-a yoluxma qeydə alınıb ki, bu da pandemiyanın başlanğıcından bəri rekord gündəlik göstəricidir.

Eyni zamanda 24 saat ərzində COVID-19-dan 8741 nəfər dünyasını dəyişib. Ən çox yoluxanlar ABŞ, Hindistan və Fransada olub.

Təşkilat SARS-CoV-2 koronavirusunun tədricən endemik hala gəldiyini bildirib. Endemik xəstəlik bir bölgədə yayılmış bir xəstəlikdir.

Oxşar xəbərlər
OTACI