First slide

Sultan qızına toy etdi: Brilyant ayaqqabı və qızıl buket - FOTO

25 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bruney sultanı, 75 yaşlı milyarder Hassanal Bolkiahın qızı Fadzilla Lyubabul "yaraşıqlı əcnəbi" ilə evlənib.

Press.az-ın Lent.az-a  istinadla məlumatına görə, əsl şərq nağılına bənzəyən mərasimdən çəkilən fotolar dünyada hamının marağına səbəb olub.

Nişan haqqında dekabrın 31-də məlum olub, lakin mərasim yanvarın 16-da başlayıb və bütün həftə davam edib.

Bruneydən olan 36 yaşlı şahzadə Fadzilla və onun sirli nişanlısı Avanq Abdullah Nabil Mahmud Əl-Haşimi ilə bağlı İndoneziya mətbuatının “yaraşıqlı əcnəbinin” qəhvə şəbəkəsinin sahibi olması haqda məlumat istisna olmaqla, haqqında demək olar ki, heç nə məlum deyil. 

Malayziyalı dizayner Bernard Çandran dəbdəbəli tədbirin ilk fotolarını “Instagram”da paylaşıb. Daha sonra şəkillər şahzadə Fadzillanın qardaşının səhifəsində peyda olub.

Yeni evlənənlər brilyantlarla işlənmiş rəsmi paltarlar geyiniblər.  Şahzadənin başı ipək yaylıqla, krujevadan hazırlanan fata və qiymətli daşlardan hazırlanmış bir apademlə örtülüb. 

Şahzadə Fadzillanın atası Bruney sultanı Hassanal Bolkiah, planetin ən zəngin adamlarından biridir. Onun varidatı ən azı 20 milyard dollar dəyərləndirilir. 

Gəlinin anası keçmiş stüardessa və ərinin ikinci həyat yoldaşı Mariam Abdul Azizdir. Şahzadənin özü isə on iki uşağın doqquzuncudur.

Oxşar xəbərlər
OTACI