Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

III dünya müharibəsi bu səbəblə olacaq - AÇIQLAMA

25 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Birinci və ikinci dünya müharibələri dünyanın siyasi xəritələrini dəyişmək, yeni ərazilər ələ keçirmək uğrunda idisə, III dünya müharibəsi "enerji" qaynaqları uğrunda ola bilər".

Press.az hər verir ki, bunu politoloq Elman Vəliyev bildirib. E.Vəliyev dünyanın hazırda geniş miqyaslı müharibəyə hazır olmadığını da sözlərinə əlavə edib:

"Dünya hələki buna hazır deyil. Rusiya öz şərtlərini(əsas şərt NATO-nun şərqə doğru genişlənməməsi) diktə etmək üçün psixoloji təzyiqlər edir. Avropanın qaz ehtiyatını Rusiya qarşılayır. Avropanı Rusiyadan azad etmək üçün gərək onun enerji ehtiyatlarını təmin edələr. ABŞ bunun üçün Qətəri alternativ görür, ancaq bu proses çox baha başa gələ biləcək bir layihədir. Almaniya Rusiyanın "şimal axını 2" layihəsindən olduqca fayda götürdüyündən Ukrayna üçün qapılarını bağladı. NATO üzvlərinin Rusiyaya müharibə edəcəyini düşünmək emosionallıq ola bilər". 

Politoloq Rusiyanı yalnız bir yolla çökdürməyin mümkün olduğunu deyib:

"Rusiyanın irəli sürdüyü şərtlərin künclərini yonaraq kompromis əldə etmək olar. Rusiya Svestapol bazasına görə, Qara dənizin geostrateji mövqeyinə görə Kırımı güzəştə getməyəcək!

Ukrayna ehtiyatsız davransa, uduzacağına şübhəm yoxdur. Türkiyənin vasitəçi kimi iştirak etməsi(ehtimalı çox yüksək deyil) Rusiya üçün sərfəlidir. Əgər üçlük bir masada əyləşəcəksə(rejim rəhbərləri də ola bilər) Türkiyə neytrallığı qoruyacaq, ancaq Rusiya güzəştə getməyəcək.

Türkiyə Amerikanın təzyiqlərinə baxmayaraq S-400-lərdən imtina etmədi. Lakin zənn etmirəm ki, separatçı rejimlər(Donetsk, Luqansk) Türkiyənin vasitəçiliyini səmərəli hesab edələr. 

Rusiyanı yalnız koalisiya formatında diz çökdürmək olar".

Oxşar xəbərlər
OTACI