Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" Antalya toplanışını heç-heçə ilə başa vurdu

25 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxıb.

Press.az xəbər verir ki, Ağdam təmsilçisi "Visla Krakov"la (Polşa) üz-üzə gəlib. 3 hissədən ibarət olan görüş qolsuz başa çatıb. "Visla Krakov" Polşanın əsas liqasında 21 xalla 13-cüdür.

Matçın 53-cü dəqiqəsində "Qarabağ"ın qapıçısı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib.

Qeyd edək ki, "Qarabağ" günün ilk yarısında Çexiyanın "Bohemians" komandası ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.

Xatırladaq ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib. Bundan sonra isə komandamız "Slyonsk"a (Polşa) 2:3, "Baçka Topola"ya (Serbiya) isə 0:1 hesabı ilə uduzub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI