Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qəlyan xidməti göstərən restoranlar cərimələndi

25 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərək “Mayak” və “Armudluq” restoranlarında xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər
OTACI