Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda federasiya əməkdaşını döyüb öldürən şəxslərin məhkəməsi başlayır

25 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda Azərbaycan Avtomobil Federasiyasının əməkdaşını döyərək öldürməkdə təqsirli bilinən Kamandar Məmmədov, Mais Abıyev və Nurlan Canıyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Press.az ölkə.az-a istinadla xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyunun 24-də Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Səxavət Məmmədov axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən naməlum şəxslər onun qarşısını kəsərək döyüb. Nəticədə o, hadisə yerində ölüb.

Daha sonra 991-ci il təvəllüdlü Məmmədov Kamran Əlmərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində elə şübhəli şəxs qismində saxlanılıb.

Oxşar xəbərlər
OTACI