Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qvardiola Mourinyonun rekordunu qırdı

23 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında rekorda imza atıb.

Press.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin rekordu çempionatın son turunda "Southempton"la görüşdə (1:1) qeydə alınıb.

Bu heç-heçədən sonra "şəhərlilər" Qvardiolanın rəhbərliyi altında Premyer Liqada 500-cü xalını qazanıb. Qvardiola 500 xala ən tez çatan baş məşqçi kimi Premyer Liqanın tarixinə düşüb. O, buna 213-cü matçda nail olub.

Əvvəlki rekord isə Joze Mourinyoya məxsus idi. İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırmış Mourinyo 231 matçda 500 xal yığıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI