Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qohumu 32 yaşlı kişini güllələyərək öldürdü - Yenilənib

23 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

Press.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb.

Belə ki, 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

***

APA-nın məlumatına görə, iki güllə yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən İsrafil Hüseynov dünyasını dəyişib.

Bildirilib ki, İ. Hüseynovu qohumu güllələyib. Hadisənin onların arasında yaranmış münaqişə zəminində baş verdiyi qeyd edilib.

Oxşar xəbərlər
OTACI