Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Liverpul”un əfsanəsi: “Messi mənə uzunqulaq dedi”

23 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Liverpul”un əfsanəvi futbolçusu Ceymi Karrager PSJ-nin hücumçusu Lionel Messi ilə bağlı maraqlı hadisə danışıb.

Press.az xəbər verir ki, sabiq müdafiəçi argentinalı superulduzun onu təhqir etdiyini söyləyib.

O, buna səbəb kimi, Leonun PSJ üçün uğurlu transfer olmadığını açıqlamasını göstərib: “Verilişlərin birində Leonun parislilər üçün yaxşı transfer olmadığını dedim. Sonra instaqramı açdım, Messidən mesaj gəldiyini gördüm. Tam mətni göstərməyəcəyəm, amma o, mənə uzunqulaq dedi. Messi, bil ki, sən bütün zamanların ən böyük futbolçususan. Səninlə müqayisədə mən futbol meydançasında uzunqulaq idim. Mən sənə əsəbi deyiləm”

Qeyd edək ki, Ceymi Karragerin futbolçu karyerası yalnız “Liverpul”a həsr olunub. 44 yaşlı mütəxəssis 1996-2013-cü illərdə bu klubun formasını geyinib

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI