Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yığmamızın üzvü: "Müharibə davam edir"

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Çox çətin oyun oldu. Biz təmkinli başladıq. Tədricən üstünlüyü ələ aldıq. Hətta iki qol vurduq və fasiləyə hesabda üstün yollandıq. Təəssüf ki, ikinci hissədə bunun davamını gətirə bilmədik. Əksinə, səhvlərə yol verdik. Futzalda kiçik detallar həlledici olur. Bəsit səhv görüşün taleyini həll edir. Biz də hesabı qoruya bilmədik, səhvlərə yol verdik. Bu həm fiziki baxımdan, həm də taktiki səhvlərə yol verməyimizin nəticəsidir".

Press.az xəbər verir ki, bu sözləri futzal üzrə yığma komandamızın üzvü Eduardo Berges Avropa çempionatının final mərhələsində bu gün Gürcüstana 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Baş məşqçi sakit oynamağımızı istədi. Həmin vaxt hesabda üstün idik. Sonra isə toparlana bilmədik.

Müharibə davam edir. Şanslar qalır. Qarşıda iki oyunumuz var. İki il əvvəl də bu cür vəziyyətlə üzləşmişdik. Xorvatiyaya uduzduq, sonra Rusiya millisini yendik. Bilmək olmaz, bəlkə bu dəfə də həmin ssenari təkrarlanacaq. Başa düşürəm, İspaniya güclü rəqibdir. Amma biz də lazım olan nəticəni qazanmalıyıq” - deyə o bildirib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI