Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəsmi Ankara: "Türkiyənin Ukraynaya dəstəyi qanunsuz deyil"

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Ukraynaya  pilotsuz uçuş aparatlarının (PUA) tədarükündə Türkiyəni günahlandırmaq olmaz, çünki bu, NATO ilə tərəfdaşlıq planına uyğundur.  

Press.az xəbər verir ki, bu fikri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib:

"Türkiyə Rusiya, Ukrayna və NATO-nun müttəfiq ölkələri ilə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesində fəal əməkdaşlıq edir. Belə qarşılıqlı fəaliyyətin nəticələrindən biri Ukraynaya zərbə PUA-larının tədarükü oldu. Pilotsuz təyyarələrin alınması qərarı Kiyev tərəfindən qəbul edilib və Ankaranı heç nəyə görə qınamaq olmaz. Yada salmaq yerinə düşər ki, Ukrayna imkanları artırılmış NATO tərəfdaşı statusuna malikdir. Bu ölkənin müdafiə potensialının artırılması Ukrayna-NATO fərdi tərəfdaşlıq planının bəndlərindən biri kimi qeyd olunub”.

Bayraktar Türkiyə istehsalı olan 150 km mənzilli, 130 km/saat kruiz sürəti və 50 kq-a qədər faydalı yük daşıyan zərbə vuran drondur. Avtomatik qalxma və enmə sistemi ilə təchiz edilmişdir. Hələ 2019-cu ildə Kiyev bu PUA-ları alıb sınaqdan keçirib.

Oxşar xəbərlər
OTACI