Qazaxıstanda yanvar hadisələri nəticəsində terrorizm, qətllər, dövlət məmurlarına hücumlar faktları üzrə 1,8 mindən çox cinayət işi başlanıb,
Press.az xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Terrorizm, qətllər, dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına basqın və digər cinayətlər üzrə ümumilikdə 1822 cinayət işi başlanıb, onlardan 116-sı xüsusi prokurorluq orqanlarına verilib”, - prezidentə məxsus saytda belə qeyd olunub.
Daxili işlər nazirinin sözlərinə görə, ölkədə qanunsuz saxlanılan silahların əhalidən müsadirəsi davam edir.
Xəbər verdiyimiz kimi, Qazaxıstanda iğtişaşlar zamanı 227 nəfər həlak olub, onlardan 19-u hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilərdir.