Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Neftçi"nin yeni transferi: "Qarabağ"la xal fərqini aradan qaldırmalıyıq"

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Neftçi"nin yeni transferi İvan Brkiç klubun rəsmi televiziyasına müsahibə verib.

Press.az xəbər verir ki, o, ilk olaraq bunları deyib:

"Burada olduğum üçün çox şadam və xoşbəxtəm. Komandanın çoxlu ambisiyaları var. Klub üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram. "Neftçi"dən təklif alandan sonra dərhal bu ölkədə çıxış edən bir neçə oyunçu ilə əlaqə saxladım. "Qarabağ"da oynayan futbolçu və "Neftçi"dən Voislav Stankoviçlə danışdım. Klub haqqında çox yaxşı məlumatlar verdilər".

Futbolçu yeni klubunun "Qarabağ" ilə arasında olan əzəli rəqabətdən də xəbardar olduğunu bidirib: "11 xallıq fərqi aradan qaldırmalıyıq. Sonda bu mübarizədə qalib gələ bilərik.

Bura gəlməmişdin əvvəl də "Neftçi" azarkeşlərdən çoxlu mesajlar alırdım. Bu, məni sevindirir. Bütün fanatlara təşəkkürümü bildirirəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, karyeramın ən yaxşı dönəmi məhz burada keçəcək. Düşünürəm ki, sonda qalib gələn tərəf də biz olacağıq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI