Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kosmosda kinostudiya tikiləcək

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Space Entertainment Enterprise" şirkət kosmosda "SEE-1" adlı film studiyası kimi fəaliyyət göstərəcək stansiya inşa etməyi planlaşdırır.

Kosmik stansiyada film çəkilişlərinin, canlı yayımların və idman yarışları, musiqi müsabiqələrinin yayımlarının reallaşdırılması nəzərdə tutulub.

Kosmik stansiya aşağı orbitdə və çəkisizlik şəraitində kontent yaratmaq istəyən  bütün rəssamlar, prodüsserlər və kreativ insanlar üçün açıq olacaq.

Kosmik stansiya modulunun hazırlanması prosesinə "Axiom Space" adlı şirkət cəlb ediləcək.

Qeyd edək ki, sözügedən şirkət BKS (Beynəlxalq Kosmik Stansiya) üçün kommersiya məqsədli komponentlərin hazırlanması üzrə bu ay NASA-dan icazə alıb.

SEE-1 kosmik stansiyası "Axiom Space" şirkətinin "Axiom Station" adlı kommeriya məqsədli şöbəsi ilə əlaqəli olacaq. Şöbə kommersiya məqsədli digər müəssisələri də özündə birləşdirəcək. Bura, həmçinin, kosmik turizm sahəsi də daxil olacaq.

Beləliklə, "Axiom Station" dünyanın ilk kommersiya məqsədli kosmik stansiyası olacaq. Baza infrastrukturu kimi yaradılacaq bu kosmik stansiya Yer kürəsinin orbitində müxtəlif iqtisadi xidmətləri təklif edəcək.

"Space Entertainment Enterprise" şirkətinin həmtəsisçiləri olan Dmitri Lesnevski və Elena Lesnevski sözügedən innovasiyalı infrastrukturun maliyyələşdirilməsi üçün vəsait toplama prosesinə start verməyi planlaşdırırlar.

Oxşar xəbərlər
OTACI