Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qanunsuz dovşan ovlayan şəxs saxlanıldı

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Press.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə rayonun Çolpu kənd sakini T.Əliyev saxlanılıb.

Ondan bir ədəd “Toz” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı bir ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

 

Oxşar xəbərlər
OTACI