Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SOCAR təkzib etdi: “Bizim Ermənistanda heç bir marağımız yoxdur”

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistanda bitum zavodunun alınması ilə bağlı məlumatı təkzib edib.

Press.az xəbər verir ki, SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, bu cür absurd bəyanatlar SOCAR-ın miqyası ilə bir araya sığmır.
“SOCAR Azərbaycanın qlobal brendi, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstan kimi ölkələrdə ən böyük vergi ödəyicisi, Avropada fəaliyyət göstərən şirkət, Cənub Qaz Dəhlizi kimi böyük beynəlxalq layihələrdə aparıcı qüvvədir. Heç bir əyalətdə asfalt zavoduna ehtiyacımız yoxdur. Bizim Ermənistanda ümumiyyətlə maraqlarımız yoxdur”, - Əhmədov bildirib.

Bundan əvvəl Ermənistan KİV-i guya SOCAR-ın Gürcüstanın vasitəçiliyi ilə Ermənistanda Ermənistan-Rusiya bitum zavodunun alınması ilə bağlı danışıqlar apardığı barədə məlumat yayıb./Trend/
Oxşar xəbərlər
OTACI