Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ ciddi olduğunu nümayiş etdirir - MOSKVA TƏLAŞDA

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib.

Press.az xəbər verir ki, məlumat ABŞ-ın Ukraynadakı səfirliyinin tviter səhifəsində paylaşılıb.

Bildirilib ki, 90 tona yaxın uçuş aparatı, o cümlədən Ukraynanın cəbhə xəttinin müdafiəçilərinə döyüş sursatı göndərilib.

“Bu yardım Rusiyanın artan təcavüzü fonunda ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətini gücləndirməsinə sədaqətli qaldığını nümayiş etdirir”, səfirlikdən vurğulanıb.

******
Qeyd edək ki, 

ABŞ-ın BMT-dəki səfiri Rusiyaya qarşı hərbi tədbirlərin görülməsi üçün şərtləri açıqlayıb.

“Birləşmiş Ştatlar Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı iqtisadi tədbirlərlə yanaşı, hərbi tədbirləri də nəzərdən keçirir”, - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

"Hərbi əks tədbirlər də nəzərdə tutulurmu" sualına Tomas-Qrinfild belə cavab verib: "Cavabımız baxımından heç nəyi istisna etmədiyimizi bildirdik".

O, qeyd edib ki, ABŞ Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı hərbi tədbirləri nəzərdən keçirir.

Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyib.

Bayden hesab edir ki, Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr. Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. Bayden Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib. “Əgər onlar Ukraynanı istila etməyə davam etsələr, bu, Rusiya üçün fəlakət olacaq”, - Bayden deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, ruslar bunu etsələr, orta və uzunmüddətli perspektivdə bunun üçün böyük bədəl ödəməli olacaqlar.

ABŞ Prezidenti bununla yanaşı Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirdiyini, lakin müharibə istəmədiyini deyib.

“Düşünürəm ki, o (Putin-red) hələ də hər hansı tam müharibə istəmir”, - Bayden vurğulayıb.  /report/

Oxşar xəbərlər
OTACI