Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Gələn ili Şuşada qeyd edək, qaytaraq Şuşanı, Ağdamı" - Aşotyan - VİDEO

21 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Gələn ili Şuşada qeyd edək, qaytaraq Şuşanı, Ağdamı”.

Press.az xəbər verir ki, bunu erməni politoloq Armen Aşotyan erməni kanallarından birinin canlı efirində qonaq olarkən deyib. O, gələn il Şuşanı qaytaracaqlarına inandığını deyib.

“Keçmişi idarə edən gələcəyi idarə edir. İndikini idarə edən keçmişə nəzarət edir.

Bu gün koordinatlarımızı səhv tərtib etsək, gələcəyə dair yanlış iddia irəli sürə bilərik. Şuşa balaca arzu deyil, biz ora mütləq qayıdacağıq.

Gələn il Şuşada olacağıq. Biz xalq olaraq hər şeydən çox istədiyimiz zaman ora qayıdacağıq”, – siyasətçi sayaqlayıb.

Aparıcının “Şuşada, Ağdamda ev alıb yaşamaq istəyirsinizmi sualına”, o, əvvəllər də orada ev almaq istədiyini bildirib.

“Şuşanı da, Ağdamı da qaytaracağıq. Biz xalq olaraq birləşib bu arzunu gerçəkləşdirəcəyik. Çıdır düzü istiqamətində də ev almaq istəyirəm”, – Aşotyan xəyal qurub.

Onu da qeyd edək ki, aparıcı qadın Bakı ermənisidir.

Burada atalar yaxşı deyib: “Yeməkdən ümid yaxşıdır”. |konkret.az|

 

https://konkret.az/cloud/uploads/2022/01/video5424662923140142716.mp4

Oxşar xəbərlər
OTACI