First slide

Ermənilər Xankəndindən köçəcəklər - Moskvadan ŞƏRH

21 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmaq fikrində deyillər. Yaxın 15 ildə düşünmürəm ki, bu, könüllü şəkildə baş versin və bu, təəccüb doğurmamalıdır. Üstəlik onların təhlükəsizliyinə qarant olan qüvvələr var. İlk növbədə Rusiya sülhməramlılarını nəzərdə tuturam".

Press.az xəbər verir ki, bunu  Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

Ekspert bildirib ki, Qarabağ mövzusu gündəmin ikinci dərəcəli mövzusuna çevrilib:

"Məhz sülhməramlılar Qarabağda suveren hüquqlarımızın bərpasına ən böyük maneədirlər, amma onların Qarabağa gəlişi də dövrün zərurəti olub ki, mümkün seçimlərdən ən doğru seçim olub.  

Ermənilərin Azərbaycana inteqrasiya məsələsinə gəldikdə, əgər Rusiya ilə sövdələşmə baş verərsə, bu prosesə heç ehtiyac qalmayacaq. Çünki Azərbaycanın nəzarəti altında Qarabağda yaşamaqdansa, ermənilər köçə üstünlük verəcək. Hərçənd ki, istisnalar da olacaq, amma həmin toplum erməni tarixinə xəyanətkar kimi düşəcək. Bu, absurd erməni reallığıdır. 

Azərbaycanda da başa düşürlər ki, hazırda nə reinteqrasiya istəyi var, nə də bu prosesi təmin edəcək güclü mexanizm, üstəlik də sülhməramlılar və ATƏT-in Minsk qrupu kimi maneələr mövcuddur. Ona görə də Qarabağ mövzusu gündəmin ikinci dərəcəli mövzusuna çevrilib. Amma yaxın gələcəkdə Rusiya ilə Azərbaycanın maraqlarının toqquşması labüddür ki, ya biz Rusiyanın Azərbaycanla bağlı maraqlarını təmin edib, Qarabağa sahib çıxmalıylıq, ya da problemin konservləşməsinə səbrlə yanaşıb, geosiyasi tektonik gedişatları gözləməliyik"./milli.az/

Oxşar xəbərlər
OTACI