Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prokurorluq Abşeronda 40 yaşlı kişinin ölümü ilə bağlı məlumat yayıb

21 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron Rayon Prokurorluğu 40 yaşlı şəxsin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"Yanvarın 19-u saat 14 radələrində rayonun Ceyranbatan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır".

Oxşar xəbərlər
OTACI