Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Oyun gözləniləndən də yaxşı alındı" - Rəşad Sadıqov

20 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Maksimum çalışırdıq ki, sürətli oyun getsin. Oyunumuzun keyfiyyətini artırmaq istəyiriksə, sürət şərtdir. Antalyaya gələndə qarşımıza qoyduğumuz tapşırıqlardan biri bu idi".

Press.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Antalya toplanışında bu gün Polşanın "Qurnik" klubu ilə keçirilən yoxlama matçından (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

 

 

O, matçı belə şərh edib: "Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, hərəkətli, dinamik idilər. Oyun gözləniləndən də yaxşı alındı. İkinci matçımız idi. Mümkün deyil ki, komanda, futbolçular ideal formada olsun. Əllərindən gələni etdilər ki, planlaşdırdıqlarımızı meydanda yerinə yetirsinlər". 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI