Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bilal Əliyev daha danışmayacaq - “Dədəmin goruna söyürlər…“

20 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son vaxtlar ölüm xəbərinin yayılması ilə gündəm olmuş Xalq artisti Bilal Əliyev bir daha mediaya açıqlama verməyəcəyini bildirib.

Sənətçi açıqlamalarından sonra sosial şəbəkələrdə tənqid və təhqirlərlə üzləşdiyini deyib:

“Mən artıq saytlara açıqlama verməyəcəyəm. Əgər saytlar mənim hüquqlarımı qoruyacaqlarına söz versələr, danışacağam, çünki açıqlama verirəm, sonra sosial şəbəkələrdə təhqirlərə məruz qalıram. Açıqlama verirəm, sonra  istənilən adam götürüb paylaşır və başlayırlar dədəmin goruna söyməyə. Niyə axı?! Ona görə də, heç bir mövzuda fikrimi soruşmasalar daha yaxşıdır…”

Xatırladaq ki, bir müddət əvvəl “TikTok”da Bilal Əliyevin ölüm xəbəri yayılmışdı.

Sosial şəbəkədən ölüm xəbərini oxuduğunu deyən müğənni  bunun qəsdən, xüsusi adamlar tərəfindən təşkil edildiyini iddia və onları təhqir etmişdi:

“Gedib işləmirlər, ailələrinin qeyrətini çəkmirlər. Belə insanlar ibnədirlər! Tüpürüm sizin əqidənizə, vicdanınıza! Başqasında nöqsan axtarırlar, kül sizin başınıza, şərəfsiz insanlar…” /yenisabah.az/

Oxşar xəbərlər
OTACI