Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanın Azərbaycana borcu azalıb

20 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il yanvarın 1-nə Gürcüstanın Azərbaycana borcu 4,187 milyon ABŞ dolları təşkil edib.

Press.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, dekabrın 1-i ilə müqayisədə borc 213 min ABŞ dolları azalıb.

Qonşu ölkənin ümumi xarici dövlət borcu isə 8,2 milyard ABŞ dollarına bərabərdir və bunun 7,7 milyardı hökumətin payına düşür.

Gürcüstanın digər qonşu ölkələrə - Türkiyə, Rusiya və Ermənistana olan borcu da cüzi azalaraq, müvafiq olaraq 8,152 milyon ABŞ dolları, 28,616 milyon ABŞ dolları və 3,693 milyon ABŞ dolları olub.

Oxşar xəbərlər
OTACI