Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maaş və pensiyaların artımı ilə bağlı MÜHÜM XƏBƏR!

20 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mövcud qaydalara əsasən, pensiya kapitalı əvvəlki ildəki inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildəki orta aylıq əməkhaqqındakı artım faizinə indeksiasiya olunur”.

Press.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, artıq Dövlət Statistika Komitəsi tərəfindən illik inflyasiya göstəricisi elan olunub:

"Bu o deməkdir ki, vətəndaşların pensiya kapitalı, yəni pensiya yığımları əvvəlki ilin inflyasiya səviyyəsinə indeksasiya olunacaq:

“Məsələn, söhbət xüsusən də pensiya yaşı tamam olmayan, amma pensiya kapitalı olan vətəndaşlardan gedir. Vətəndaşın pensiya kapitalı 30 min manatdır. Amma onun pensiya yaşı tamam olmasa da, 2021-ci ildəki inflyasiya səviyyəsinə uyğun olaraq indeksiasiya olunacaq. Yəni, 30 min manatın üzərinə 6,7 faiz inflyasiya səviyyəsinə uyğun olaraq, əlavə indeksasiya məbləği gələcək. Onun pensiya kapitalı avtomatik olaraq, yanvar ayından etibarən artmış olacaq. Bu da gələcəkdə həmin şəxsin pensiyası hesablanan zaman pensiya məbləğinə təsir göstərəcək”.

Deputat qeyd edib ki, yaxın günlərdə orta aylıq əməkhaqqındakı artım faizi də elan oluncaq:

“Daha sonra isə əmək pensiyaları həmin faizə indeksiasiya olunacaq və praktik olaraq yaxın vaxtlarda pensiya kapitalının, eləcə də əmək pensiyalarının indeksiasiyası ilə bağlı qərarın veriləcəyi gözlənilir”./modern.az/

Oxşar xəbərlər
OTACI