Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lukaşenko referendumun vaxtını açıqladı

19 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belarus prezidenti Aleksandr Lukaşenko respublika konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun vaxtını açıqlayıb.

Press.az xəbər verir ki, Belarus lideri bu tarixin fevrala təyin edildiyini deyib. 

“Düşünürəm ki, söz verdiyimiz kimi fevralda referendum keçirməliyik. İnsanlar öz sözünü desin. Heç kim təzyiq göstərməyəcək. Biz öz mövqeyimizi açıq şəkildə bildiririk. Keçəcək, keçməyəcək - xalq qərar verəcək. Əsas odur ki, mahiyyəti xalqa çatdıraq: əziz, hörmətli yoldaşlar, biz burada bu Konstitusiyanı təklif edirik, niyə - səbəblər budur. Mən bu barədə yaxın vaxtlarda xalqa və parlamentə müraciətimdə danışacağam”, - deyə Lukaşenko bildirib.

Oxşar xəbərlər
OTACI