Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik rəsmisi: “Azərbaycan ət və südə tələbatını, demək olar ki, tam ödəyəcək”

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı nəticəsində ətə və südə tələbatını 98-99% ödəyəcək”.

Press.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

“Tarixən bizim idxalından asılı olduğumuz bir sıra məhsullar var. Bunlar ət və süd, eləcə də kartof və buğdadır. Bu məhsullar üzrə biz maksimum 30-35% özümüzü təmin edə bilirik. Hazırda il ərzində 90 min ton kartof ixrac edirik, amma eyni zamanda 150 min ton kartof idxal edirik. Hesab edirəm ki, tezliklə bu sahələrdə də müsbət nəticələr əldə edəcəyik”, - deyə o qeyd edib.

Oxşar xəbərlər
OTACI