Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda "8 Noyabr-Zəfər Günü münasibətilə elan edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova "Report"un sorğusuna cavab olaraq bildirib ki, indiyə qədər Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib.

"Onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb", - idarə rəisi vurğulayıb.

Oxşar xəbərlər
OTACI