Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskvada Qod Nisanovun “Sadovod” bazarında minaatan mərmisi tapıldı

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moskvanın cənub-şərqindəki “Sadovod” bazarının ərazisində Böyük Vətən Müharibəsi illərinə aid minaatan mərmisi tapılıb, əraziyə istehkamçılar cəlb olunub. Bu barədə paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

“Moskva Dairəvi yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarında müharibə illərinə aid minaatan mərmisi tapılıb. Sursatın tapıldığı yer mühasirəyə alınıb, istehkamçılar cəlb olunub”, - mənbə bildirib.

Xatırladaq ki, “Sadovod” bazarı Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyevskaya ploşçad” şirkətinə məxsusdur. O, Moskva Dairəvi Yolunda yerləşir və Rusiyanın ən böyük topdan və pərakəndə ticarət mərkəzi sayılır.

Oxşar xəbərlər
OTACI