Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkəmizdə ən çox yayılan XƏSTƏLİKLƏR

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, bəzi infeksion və parazitar xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Press.az-a verilən məlumata görə, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina ilə (73,6 faiz), su çiçəyi ilə (64,5 faiz), kəskin bağırsaq infeksiyaları ilə (13,9 faiz), viruslu hepatit ilə ( 9,8 faiz) xəstələnmə halları azalıb.

Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.

COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə 2020-ci ildə başlayan zəruri qabaqlayıcı tədbirlər, profilaktik və təxirəsalınmaz qərarlar 2021-ci ildə də davam etdirilib.

Oxşar xəbərlər
OTACI