Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nöqtə, vergül çıxış yolu deyil – Sosial şəbəkələrdə bloklandıqda nə etməli?

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Günümüzdə sosial şəbəkələrin istifadəsi çox sıx şəkildə istifadə olunur. İstər şirkətlər istərsə də xəbər saytları sosial şəbəkələr üzərindən öz məhsullarını, xidmətlərini, xəbərlərini paylaşırlar. Ancaq sosial şəbəkələrdə sıx-sıx müəyyən insanlar tərəfindən yazılmış "Mənə nöqtə vergül yazın spama düşmüşəm" kimi statuslarla rastlaşırıq.

Press.az İnformasiya Agentliyinin araşdırmalarına əsasən diqqətinizə çatdırırıq ki, bu tip “kömək”lər heç bir işə yaramır hətta faydalı da deyil.

Sosial şəbəkələrin qanunlarına uyğun olaraq bəzi qaydaları aşan istifadəçilərə müəyyən qadağalar tətbiq olunur. Bu qadağalar gah uzun müddətli gah da bir neçə günlük ola bilir. Əgər siz öz şəxsi səhifənizi və ya profilinizi köməkçi BOT proqramları ilə tez-tez reklam etmisinizsə, qadağan olunmuş teqlər və ya əxlaq kodeksinə sığmayan ifadələrlə şərh və ya statuslar yazmısınızsa bu cür qadağalara düşməyə məcbursunuz. Sosial şəbəkə qaydalarının əsas prinsiplərindən biri də ziyarətçilər tərəfindən səhifənizi və profilinizin şikayətidir. Bundan da mütləq qaçmağa çalışmalı qeyd etdiyimiz kimi uyğun olmayan paylaşım və şərhlərdən sıx-sıx bəyənmələrdən, paylaşımlardan yayınmalısız. Əks halda profilinizə kölgə qadağalarının sıx tətbiqindən sonra bağlanması problemini də yaşaya bilərsiniz.

Kölgə qadağası nədir?

Kölgə qadağası deyilən anlayışın izahı əslində geniş məhfumdur. Biz burada sizə onun bəzi tərəflərini açıqlamışıq. Əgər profiliniz qadağa olunubsa sizin paylaşımlarınızı yalnız sizi sıx izləyən dostlarınız görə bilər. Şəkillərinizin və statuslarınızın yayımlanması azalır nəticədə aktivlik itir. Ən pis halda profiliniz müvəqqəti və ya əbədi blok olunur.

Kölgəli qadağanın olmasını necə anlamalı?

Dostluğunuzda olmayan dostlarınızdan xahiş edirsiniz ki, onlar sizin paylaşımlarınızı təsadüfən görə bilirmi? və ya sizin paylaşımlarla trenddə rastlaşırmı?! Əgər siz trendə düşmürsünüzsə demək ya aktiv deyilsiniz yada artıq spam olunmusunuz.

Bu cür qadağalardan qorunmaq üçün nə etməli?

  • Əgər siz SMM xidmətləri göstərir və ya öz səhifənizə tətbiq edirsizsə bu zaman sizin üçün ən yaxşı üsul mobil proksi xidmətləri göstərən saytların xidmətərindən yararlanmaqdır. Mobil proksi vasitəsilə siz internetdə giris informasiyalarınızı gizlədə bilərsiniz ki, bu da sizi spam kimi qadağalara düşməkdən xilas edəcək.  
  • Əgər şəxsi profiliniz üçün narahatsınızsa o zaman müəllif hüquqları olan videolardan yayının. Xüsusən xarici səhifələrin videolarını öz profillərinizdə öz videonuz kimi yayımlamayın. Onların səhifəsindən paylaşım etmək bu zaman zərərli deyil.
  • Sosial şəbəkələrdə şərh yazarkən kobud, qıcıqverici, alçaldıcı ifadələr işlətməyin. Çünki bir çox sosial şəbəkələrin avtomatik tərcümə proqramlarında tərcümə olunan qeyri-etik sözlər sizin ziyanınızadır. Bir başqa formada isə onlar ziyarətçilər tərəfindən şikayət də edilə bilər.
  • Lazımsız ifadələrdən haştağlar etməyin. Qadağan olunmuş haştağlar işlətməyin.
  • Sıx-sıx bəyənmələr, çox sayda paylaşımlardan istifadə etməkdə sizi kölgə qadağasına gətirib çıxara bilər və sizin yazıları statusları şəkillərinizin çox yayımlanması dayandırlacaq nəticədə nə qədər aktiv olsanızda səhifəniz sanki ziyarətçilərə unutdurulacaq.

Yuxarıda sadalananlardan hər hansını artıq etmisinizsə sizin qadağalara məhkum olma riskiniz yüksəkdir. Bəs qadağalar zamanı nə etməli? Sadəcə profiliniz və səhifənizi azad buraxın. Heç nə bəyənməyin heç nə paylaşmayın 48-72 saat ərzində ümumiyyətlə profilinizə daxil olmamaq bu qadağalardan çıxmaq üçün ən yararlı üsuldur. Bundan sonra çalışın bu addımların heç birini atmadan sosial şəbəkənin qanunlarına uyğun onu istifadə etməyə çalışın.

Rəhmanzadə

Press.az

 

Oxşar xəbərlər
OTACI