Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Kapital Bank” 2021-ci ilin maliyyə nəticələrini elan edib

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kapital Bank” ASC-nin aktivləri 1 yanvar 2022-ci il tarixinə 6,7 milyard manat, o cümlədən müştərilərə verdiyi kreditləri isə 2,7 milyard manat təşkil edib.

Hesabat tarixinə Bankda müştəri depozitlərinin məbləği isə 5,2 milyard manat olub.

Bankın tutulmalardan sonra məcmu kapitalı 659 milyon manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 245 milyon manat təşkil edib.

“Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, “BirKart” sifarişi üçün – https://kbl.az/tkstcrd.

Oxşar xəbərlər
OTACI