Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda gənc oğlanı bıçaqlayan şəxsin məhkəməsi başlayır

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda gənc oğlanı bıçaqlamaqda təqsirləndirilən Yaqub İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azər Paşayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında paytaxtın Nizami rayonunda yerləşən məktəblərin birinin həyətində baş verib.

Belə ki, Y.İbrahimov 2005-ci il təvəllüdlü Həsənzadə Ömər Namiq oğlunu bıçaqlayıb.

Keçirilən əməliyyat tədbirləri zamanı Y.İbrahimov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərə vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər
OTACI