Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Türkiyə reallığından uzaqlaşmaq mümkün deyil” - “Flyone Armenia”nın şəriki

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistan regionda siyasətini sosial şəbəkələrin emosiyalarına deyil, obyektiv reallıqlara əsaslanaraq qurmalıdır”.

Press.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə hakim partiyadan olan deputat, iş adamı Xaçatur Sukiasyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışarkən deyib.

O qeyd edib ki, Ermənistanın qonşuluğunda güclü ÜDM-i, müəyyən regional və iqtisadi təsiri olan dövlətlər var, bu reallıqdan uzaqlaşmaq mümkün deyil.

Deputat skeptiklərin normallaşmanın əslində Türkiyənin iqtisadi ekspansiyasına və Ermənistanın böyük qonşusu tərəfindən “sovrulmasına” gətirib çıxaracağı fikrini bölüşmədiyini bildirib: 

Sukiasyan danışıqlar prosesində respublika üçün risklərdən daha çox imkanlar görür və bu halda o, idarəolunan hesab edir.

“Flyone Armenia” şirkətinin şəriki Xaçatur Sukiasyan bildirib ki, o, yeni reyslərin açılmasında qınanılası heç nə görmür. Onun fikrincə, bundan Türkiyədə yaşayan yüz minlərlə erməni, eləcə də, iş axtaran 100 min yerli erməni faydalanacaq.

Oxşar xəbərlər
OTACI