Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda mətbuat konfransı keçirdi

17 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycandakı dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyətinin Müqəddəs Tax-Taca səfərinin yekunlarına dair yanvarın 17-də mətbuat konfransı keçirilib.

Press.az xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadənin, Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiyin (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Feketenin, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayevin iştirakı ilə keçirilən mətbuat konfransında müxtəlif ölkələrin Vatikanda akkreditə olunmuş jurnalistləri, İtaliya və Azərbaycan KİV-lərinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin Vatikanda keçirdiyi görüşlər barədə məlumat verən səfir Rəhman Mustafayev deyib ki, görüşlərdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirib ki, nümayəndə heyətinin Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin, Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher, Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Migel Anhel Ayuso Giksot, Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti kardinal Canfranko Ravazi və bu ölkənin baş keşişi (vikari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşlərində Azərbaycan ilə Vatikan arasında yüksək səviyyəli əməkdaşlığın və dinlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirib. Deyib ki, bu əlaqələrin bugünkü yüksək səviyyəsinin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müqəddəs Tax-Tac ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərləri olub, həmçinin Papa II İohan Pavel və Papa Fransisk Azərbaycana səfər ediblər. Papa II İohan Pavel Vatikan ilə Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 10 illiyində ümummilli lider Heydər Əliyevin dəvəti ilə, Papa Fransisk isə Prezident İlham Əliyevin dəvəti ilə 2016-cı ildə ölkəmizə gəliblər.

Daha sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov) və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete səfər təəssüratlarını bölüşüblər.

Mətbuat konfransında Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

(AZƏRTAC)

Oxşar xəbərlər
OTACI