Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb

17 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il yanvarın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 115 151 kredit olub.

Press.az xəbər verir ki, bu barədə ADIF məlumat yayıb.

Məlumata görə, bunlardan 45 770-i məhkəməyəqədərki, 9 127-si məhkəmə, 60 254-ü isə icra statusundadır.

Xatırladaq ki, hazırda Azərbaycanda 21 bank ləğv prosesindədir. Bunlar ​​"AG Bank", ​"Amrah Bank", “Atabank”, ​"Atra Bank","Bank of Azerbaijan", ​"Borçalı Bank”, ​"Evro Bank", ​"Kredo Bank", ​"Royal Bank", ​"Texnika Bank", ​"Yunayted Kredit Bank", ​"Zamin Bank”, "Azərbaycan Kredit Bankı", "Birlik Bank", "Debüt Bank", "Deka Bank", "Dəmir Bank", "Gəncə Bank" "NBC Bank" və "Qafqaz İnkişaf Bankı" ASC-lər, "Bank Standard" QSC-dir.

Oxşar xəbərlər
OTACI