First slide

Ceyrançöldə qanunsuz ov iddiaları ilə bağlı - RƏSMİ AÇIQLAMA

15 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkədə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamaları ilə bağlı məlumat yayılıb.

Press.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hazırda ölkəmizdə ov mövsümü açıqdır və fevral ayının sonuna qədər su-bataqlıq quşları və bəzi məməli heyvanlar üçün ov mövsümü davam edəcək:

"Ov mövsümündə müvafiq limitlər və ov icazəsi əsasında yerli və xarici ovçular üçün icazələrin verilməsi qanunvericilikdə nəzərdə tutulub.

Qeyd edim ki, 2019-cu ildən etibarən xarici vətəndaşlara və ya onların təmsilçilərinə ov lisenziyaları  5 saylı Bakı "ASAN xidmət” mərkəzi  tərəfindən verilir və hazırda bir neçə şirkətə ov icazəsi verilib”.

Xidmət rəsmisinin sözlərinə görə, bu gün Ceyrançöl ərazisinə Nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib.

"Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanunamüvafiq tədbirlər görüləcək”.

Oxşar xəbərlər
OTACI
OTACI