Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Omikron" uşaqlarda BU ƏLAMƏTLƏRLƏ özünü göstərir

15 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Uşaqlarda koronavirusun yeni “omikron” ştamı ən çox bronxiolit simptomlarla özünü göstərir.

Press.az xəbər verir ki, bu barədə Avropa Tibb Mərkəzinin (EMM) pediatrı Yelena Tısyaçnaya bildirib.

Həkimin sözlərinə görə “omikron” uşaqlarda kiçik bronxların iltihabı, tənəffüs çatışmazlığına, pnevmoniyaya səbəb ola bilər.

Terapevt bildirib ki, koronavirusun yeni variantına yoluxmuş uşaqlarda xırıltılı nəfəsalma baş verə, ekshalasiya uzana bilər. Eyni zamanda, xəstəlik fasiləsiz bəlğəmli öskürək, astma tutmaları ilə də müşayiət oluna bilər.

Bəzi hallarda həm “omikron”, həm də “delta”ya yoluxduqda, qusma və ishallın olması mümkündür. Hərarət 38 və ya 38,5 dərəcəyə çatır, lakin nadir hallarda kritik dərəcəyə yüksəlir.

Oxşar xəbərlər
OTACI