Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdamda evdən 52 min manatlıq oğurluq edilib

15 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdamda evdən 52 min manatlıq oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 37 200 manat pulunun və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Müraciət əsasında dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI