Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Torrent iki ulduz futbolçunu "Qalatasaray"a gətirir

15 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray"ın yeni çalışdırıcısı Domenek Torrent transfer siyahısını rəhbərliyə təqdim edib.

Press.az xəbər verir ki, 59 yaşlı ispaniyalı mütəxəssis 2 futbolçunun komandaya cəlb olunmasını istəyir. Bunlar "Arsenal"dan Məhəmməd Elnini və "Çelsi"dən Ross Barklidir. 

Bildirilib ki, Ross Barklinin "cim-bom"a gəlmə ehtimalı daha böyükdür. Buna səbəb adıçəkilən yarımmüdafiəçinin "Çelsi"da daha az oynamasıdır. Elnini isə Fatih Terim dönəmində də İstanbul klubunun transfer siyahısında yer alırdı. Lakin "Arsenal"ın çalışdırıcı Mikel Arteta 29 yaşlı misirli futbolçunun komandadan ayrılmasını istəməmişdi.

Artıq rəhbərlik bu transferlər üçün hərəkətə keçib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI