Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bəşəriyyət üçün ən qorxulu əşya - Boya fırçası

15 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərənin Kral Kimya Cəmiyyətinin ("The Royal Society of Chemistry") alimləri planet üçün təhlükəli olan ev əşyasını müəyyən ediblər.

Press.az xəbər verir ki,  ki, bu barədə İngiltərənin "The Independent" qəzeti məlumat yayıb.

Xarici nəşrin yaydığı məlumata görə divar boyasının açıq qutuları ətraf mühit üçün zəhərlidir.

Xarici mütəxəssislər bildiriblər ki, boyanın tərkibindəki polimerlər polietilen paketlər qədər ətraf mühit üçün zərərlidir.

Tədqiqatçıların keçirdikləri sorğu nəticəsində müəyyən edilib ki, britaniyalı ailələr 50 milyon litrdən çox boya qalıqları saxlayır. Bu miqdar Tauer körpüsünü 2,3 min dəfə rəngləmək üçün kifayət edər. Çox vaxt maddənin artığı zibilxanaya atılır və ya yandırılır, bu cür tullantıların yalnız iki faizi təkrar istifadə və ya emal olunur.

Tədqiqatçılar lak və boya məhsullarının alınması ilə bağlı ajiotajı koronavirus pandemiyası ilə əlaqələndirirlər, belə ki, insanlar evdə daha çox vaxt keçirməyə və mənzilin təmiri ilə məşğul olmağa başlayıblar.

Boyanın artığının planetə vurduğu zərəri azaltmaq məqsədilə alimlər materialın lazımi miqdarını daha yaxşı hesablamağı və ya tullantıları təkrar emala təhvil verməyi məsləhət görüblər.

Oxşar xəbərlər
OTACI