Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mahir Emreli Türkiyənin məşhur klubunda

15 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polşanın "Legiya" klubuna geri dönmək istəməyən futbol üzrə Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək.

Press.az xəbər verir ki, 24 yaşlı hücumçu Super Liqa təmsilçisi "Başakşəhər"lə anlaşıb. Emre Beleoğlunun çalışdırdığı İstanbul klubu Emreli ilə danışıqlarda müsbət nəticə əldə edib.

Komandanın baş məşqçisi Emre ilə görüşən Mahir öz şərtlərini irəli sürərək istəyinə nail olub. Millimizin forvardı ilə razılığa gələn "Başakşəhər" rəhbərliyi "Legiya" ilə təzminat məsələsini həll etmək öhdəliyini də öz üzərinə götürüb.

Qeyd edək ki, hazırda "Başakşəhər" Super Liqada 20 turdan sonra 34 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xəbəri özəl olaraq sportfm.az saytı yayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI