Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray" Fatih Terimə görə Arda Turanı da göndərə bilər

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Arda Turanla yollarını ayırmağı planlaşdırır.

Press.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Burak Elmas 35 yaşlı yarımmüdafiəçini komandada görmək istəmir.

35 yaşlı yarımmüdafiəçinin sabiq baş məşqçi Fatih Terimə yaxın olması Elması narahat edir. Bu səbəbdən, təcrübəli oyunçunun müqaviləsinin ləğv olunması gündəmə gəlib.

Lakin klub rəhbərliyi azarkeşlərin reaksiyasından qorxub. Ona görə də "Qalatasaray" yeni baş məşqçi Domenek Torrenin planlarına daxil olmadığı üçün Turanla vidalaşmaq istəyir.

Qeyd edək ki, Arda Turanın "Qalatasaray"la müqaviləsi yayda başa çatmaıldır. Onun sözləşməsində daha bir il uzadılmasının mümkünlüyünə dair bənd var.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI