Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray"ın yeni baş məşqçisinin əsas transfer hədəfi

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray" klubunun yeni baş məşqçisi Domenek Torrent transfer siyahısını rəhbərliyə təqdim edib.

Press.az xəbər verir ki, 59 yaşlı mütəxəssis ilk növbədə "cim-bom"a qapıçı gətirməyi planlaşdırır. Musleranın zədəsinin davam etdiyi müddətdə Torrentin əsas hədəfi PSJ-nin qapıçısı Serxio Rikodur. 2020-ci ildə "Sevilya"dan 5 milyon avroya Paris təmsilçisinə transfer edilən Riko bu mövsüm cəmi 1 oyunda çərçivəni qoruyub.

İspaniyalı çalışdırıcının digər istəyi isə yarımmüdafiə xəttini gücləndirməkdir. Türkiyə mediasında yayılan məlumatlara görə, Torrent bu mövqeyə də oyunçu tapıb. Həmin futbolçunun İspaniya klublarından birində çıxış etdiyi bildirilir.

Qeyd edək ki, Domenek Torrent bu yaxınlarda "Qalatasaray"la yolları ayrılan Fatih Terimi əvəzləyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI